Toggle navigation

#turkİye6,018 POSTS

Post Content
User Image taraftarurunleri Posted: Dec 16, 2017 9:31 PM (UTC)

4
0 Normal
User Image taraftarurunleri Posted: Dec 16, 2017 7:56 PM (UTC)

2
0 Normal
User Image taraftarurunleri Posted: Dec 16, 2017 7:08 PM (UTC)

3
0 Normal
User Image taraftarurunleri Posted: Dec 16, 2017 5:22 PM (UTC)

5
0 Normal
User Image taraftarurunleri Posted: Dec 16, 2017 4:34 PM (UTC)

3
0 Normal
User Image esselamu_eleykum Posted: Dec 16, 2017 4:24 PM (UTC)

209
4 Normal
İlahi rəhmətə səbəb olan əməllər

Allah Təbarəkə və Təala, bəndələrinin günahlarını etiraf etməsini çox sevir. Bu etiraf əslində Allaha heç bir mənfəət gətirməz. Bəndə istər günahını etiraf etsin və istərsə də etməsin - İlahi mülkünə nə bir şey əlavə edilər və nə də azalar. Allah ona görə bəndənin etirafını sevir ki, bəndəsi öz zillətinə, xarlıq və günahına agah olub, Allahın əfvini hiss edər.
Həqiqətdə isə insan öz səhvini və xatasını etiraf edərək, İlahi əfvin ləzzətini hiss edir. İnsan özünün həqir bir məxluq olduğunu hiss etməyincə, İlahi əfvin ləzzətini hiss edə bilməz. İnsan öz günahlarına nə qədər çox diqqət edərsə, Allahın əfvi daha ləzzətli olar.

Duaların bəzilərində elə cümlələr bəyan edilir ki, İlahi rəhməti cuşa gətirir. İnsan elə bir hal əldə edir ki, İlahi rəhmətə layiq olur.
Məsələn, bu duaların birində deyilir: "Allahım, bu qədər lütf göstərdiyin bir bəndəni necə cəzalandıracaqsan? Onu yaratdığın ilk gündən və hətta xəlq etməmişdən qabaq yaşaması üçün lazım olan vəsaitləri hazırlanmışdın. Onu müxtəlif nemətlərlə yetişdirdin, günah işlətməsinə baxmayaraq, onu əfv etdin. Onu tövbəyə və istiğfara dəvət etdin ki, Sənin lütf və rəhmətinə ümidvar olsun. Dəvət etdin və qəlbində Öz məhəbbətini qərar verdin. O yerə qədər ki, Sənin ibadətgahına tərəf tələsər və Sənin rəhmətinə nəzər salar, Sənin qorxundan ağlayar”. Bu dualar həqiqətdə insan qəlbini Allaha diqqətə cəlb edər. İnsanda İlahi rəhməti dərk etmək istedadı yaradar. Başqa sözlə desək, Allahın rəhmətini cuşa gətirər. Ona görə yaxşı olar ki, insan fürsəti olan kimi günahlarını yadına salsın və İlahi lütfə diqqət etsin. Yadınıza salın ki, kiçik yaşlarından indiyə qədər nə qədər günah işlətmisiniz.
Allahın istəyi ilə nə qədər müxalifətlik etdiyinizi yadınıza salın. Elə günahlar ki, ona görə illərlə cəzalandırıla bilərdiniz. Ancaq Allah onların hamısını görməməzliyə vurdu və hətta Öz rəhmətini sizə şamil etdi.
İnsan öz günahlarını etiraf edərək, nə qədər çarəsiz olduğunu dərk edir. Allahın qarşısında baş əyir və daha çox İlahi fəzilətə nail olur. "Ərəfə” duasında oxuyuruq: "Allahım, mən çarəsizliyimi və zəifliyimizi etiraf edərək dərgahına təvəssül edirəm”.
Bəli, o şey ki, bizimlə Allah arasında
User Image taraftarurunleri Posted: Dec 16, 2017 3:05 PM (UTC)

4
0 Normal
User Image esselamu_eleykum Posted: Dec 16, 2017 2:49 PM (UTC)

181
1 Normal
İnsanın Allaha qarşı təkəbbür və diqqətsizliyi

Bu cümlələrdə insanın Allah qarşısında mövqeyinə nəzər yetirilir ki, insan Allah yanında öz yerini tanısın; Allahın ona qarşı lütfünü və onun Allaha qarşı alçaqlıq və naşükürlüyünü görsün. Beləliklə bildirir: "Pərvərdigara, Sən məni dəvət edirsən, lakin mən Səndən üz çevirirəm!”
Allah bizə Onu çağırmaq və Onunla söhbətə icazə verməklə böyüklük və ən üstün lütf göstərmişdir. Əgər Onun icazəsi olmasaydı, bizim Onunla söhbət etməyə ləyaqətimiz çatmazdı. O hətta bütün günahlarımıza baxmayaraq bizi dəvət edir və öz dəvəti ilə Onun tərəfinə getməyimizə israr göstərir. Bəs biz, ilahinin bu böyük lütfünün qarşısında nə edirik? Onun dəvətini qəbul etmək əvəzinə üz çevririk!
"Sən həmişə mənə məhəbbət göstərirsən, lakin mən Səninlə düşməncəsinə rəftar edirəm”.
Biz Ona ehtiyaclıyıq. Onun dərgahında üzümüzü torpağa sürtməliyik ki, bizə diqqət yetirsin; lakin əksinə, O bizə məhəbbət göstərir və dostluq edir, biz isə Ona qarşı çıxırıq.
"Sən dostluq bildirirsən, lakin mən qəbul etmirəm”. İndiyədək bir şəxsə dostluq, məhəbbət və səmimiyyət göstərdiyiniz halda sizə etinasızlıq edibmi? Bu iş bizim üçün çox ağırdır! Məgər bu şəxsin etinasızlıq və biganəliyi qarşısında göstərdiyiniz məhəbbətdən məyus olmayacaqsınızmı? Bəlkə də, insanın başqa birisinə əlaqəsi müəyyən dünyəvi istəklərə görə olsun; bəs Həzrət Haqqın bəndələrinə qarşı məhəbbətində bu sayaq məqsədlər gözlənilirmi? Biz Allahın göstərdiyi məhəbbətlər haqqında səhv təsəvvürdəyik. Necə ki, oxuyuruq: "Guya mənim yanımda minnətlisən”.
Bizə diqqət yetirməsinə ehtiyac hiss edib, bu ehtiyacı etiraf etmək əvəzinə, Ona qarşı etinasızlıq edir və fikirləşirik ki, Onu çağırdığımız üçün bizim yanımızda minnətlidir. Allahın geniş rəhmət süfrəsi qarşısında bizim təkəbbür və qürurumuz necə də yersizdir! Məgər nəyimiz var ki, naz edirik? Hər vaxt bizi çağırırsa, özümüzü başqa bir işlə məşğul edirik. Bununla belə, bizim pis rəftarımız Allahın rəhmət və ehsanının davamına mane olmur.
@esselamu_eleykum
#ALLLAH #DUA #NAMAZ #NİYYET #FƏRƏC #ZUHUR #İBADET #QEBUL #OLSUN #AMİN #İNŞALLAH #MEKKE #KARBALA #KƏRBƏLA #MƏŞHƏD #AZERBAYCAN #AZERBAİJAN #TURKİYE #İNSTAGRAM #AZE #AZERİ #EŞQ #SEVGİ #İBADET #İMAN
User Image taraftarurunleri Posted: Dec 16, 2017 12:57 PM (UTC)

4
0 Normal
User Image taraftarurunleri Posted: Dec 16, 2017 11:49 AM (UTC)

5
0 Normal
User Image esselamu_eleykum Posted: Dec 16, 2017 11:47 AM (UTC)

231
4 Normal
İmam Səccad əleyhissəlamın dövrün zülm və fəsadlarına qarşı mübarizə üsulları

1. Aşura xatirəsini əbədi saxlamaq
İmam Hüseyn əleyhissəlamın və onun sadiq dostlarının şəhadəti ümumi fikirlərdə Bəni-Üməyyəyə baha başa gəldiyindən və bu işin şəriliyini sual altına aldığından bu faciəni əbədi yaşatmaq üçün İmam Səccad (əleyhissəlam) öz mənfi mübarizəsini şəhidlərə ağlamaqla davam etdirirdi. Şübhə yoxdur ki bu yandırıcı göz yaşlarının və ürəkyandıran ağlamaqların bir məhəbbət kökü vardır. Çünki Kərbəla faciəsinin müsibəti o qədər böyük və ürəkağrıdan idi ki o faciəni öz gözləri ilə görən şəxslər nə qədər ki, sağ idilər onu yaddan çıxarmazdılar. Ancaq şübhəsiz ki İmam Səccad əleyhissəlamın bu hadisəyə münasibətinin bir siyasi təsir və nəticəsi var idi. Aşura hadisəsinin tez-tez təkrarlanması Əməvi hökumətinin zülmlərini yaddan çıxmağa qoymurdu. İmam Səccad (əleyhissəlam) su içmək istəyərkən gözü suya sataşdıqda, gözlərindən yaş süzülməyə başlayırdı. Bunun səbəbini soruşanda, buyurardı: "(Yezidin adamları) suyu vəhşi və yırtıcı heyvanlar üçün azad qoyub atamın üzünə bağladıqları (və onu susuz qoyduqları) bir halda, mən necə ağlamayım?” İmam Səccad (əleyhissəlam) buyurardı: "Fatimənin (əleyhassəlam) balalarının ölümü yadıma düşərkən qəhər məni boğur.”
Bir gün İmam Səccad əleyhissəlamın xadimi deyir: "Sizin qəm-qüssəniz qurtarmaq bilmir?” İmam Səccad (əleyhissəlam) buyurdu: "Vay olsun sənə! On iki oğlundan biri itmiş Yəqub Peyğəmbər öz oğlunun ayrılığına o qədər ağladı ki gözləri kor oldu qəm-qüssənin çoxluğundan beli büküldü. Halbuki, oğlu sağ idi. (Onu tapacağından hələ tam ümidini kəsməmişdi.) Ancaq mən bədənləri bir-birinin yanında yerə düşmüş atamın qardaşımın əmimin və on yeddi nəfər qohum-əqrəbamın öldürülməsini öz gözlərimlə gördüm. Bu halda heç mənim qəm-qüssəm qurtararmı?”
Misirin adlı-sanlı adamlarından biri olan Səhl ibn Şüeyb deyir: "Bir gün İmam Səccad əleyhissəlamın hüzuruna gedib dedim: "Kefiniz necədir?” Buyurdu: "Mən bilməzdim ki Misirdən olan sizin kimi böyük bir şəxs mənim halımın necəliyini bilməsin? İndi ki bizim halımızı bilmirsən sənin üçün izah edərəm. Bizim öz tayfamız arasında vəziyyətimiz Bəni-İsrailin oğullarını öldürüb qızlarını diri
User Image taraftarurunleri Posted: Dec 16, 2017 11:35 AM (UTC)

5
0 Normal
User Image taraftarurunleri Posted: Dec 16, 2017 11:12 AM (UTC)

9
2 Normal
User Image esselamu_eleykum Posted: Dec 16, 2017 10:45 AM (UTC)

292
4 Normal
Quranda Məhdi (ə) hökumətinin siması

Qurani-Kərim Həzrət Məhdi əleyhissəlamın zühur və qiyamı barədə (bir çox başqa sahələrdə olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yəni Quran ümumdünya ədalətli hökumət qurulacağından əməlisaleh insanların yer üzündəki kamil və son qələbəsindən söhbət etmişdir. Bu ayələri İslam təfsirçiləri hədislərə istinad edərək Həzrət Məhdi əleyhissəlama onun qiyamı və zühuruna aid etmişlər. Alimlərin bu məsələyə aid etdikləri ayələrdən və bu məsələ haqqında daha aşkar söhbət açmış ayələrdən üçünü oxucuların nəzərinə çatdırırıq.
1) "Biz kitabdan Tövratdan yaxud lövhi-məhfuzdan sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq.” Bu ayəni izah edərkən qeyd etmək lazımdır ki ayədə gəlmiş "zikr” (kitab) sözü əslində "nəyisə xatırlamaq” mənasınadır ancaq bu ayədə Həzrət Musa əleyhissəlama Allah tərəfindən göndərilmiş kitab – Tövrat nəzərdə tutulmuşdur. Buna sübut isə onun Zəburdan qabaq qeyd olunmasıdır. Başqa bir təfsirə əsasən, ayədəki "zikr” (kitab) sözü Qurana işarədir. Çünki Quranın özündə bir neçə yerdə Quran "zikr” adı ilə qeyd olunmuşdur. Məsələn, "Təkvir” surəsinin iyirmi yeddinci ayəsində deyilir: "O Quran aləmlər bütün insanlar və cinlər üçün ancaq bir zikrdir öyüd-nəsihətdir.” Belə olduqda isə ayənin mənası "Biz kitabdan Tövratdan sonra Zəburda da...” yox "Biz kitabdan Qurandan əlavə Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq” olur.
Mərhum Şeyx Müfid ("Əl-İrşad” kitabında) Həzrət Məhdi əleyhissəlama ixtisas verdiyi fəslin başlanğıcında bu ayəyə və bundan sonra qeyd edəcəyimiz ayəyə istinad etmişdir. Bu ayənin təfsiri barədə İmam Baqir əleyhissəlamdan rəvayət olunmuşdur ki ayədə deyilmiş "saleh bəndələr”dən məqsəd Həzrət Məhdi əleyhissəlamın dünyanın axırında olacaq tərəfdarlarıdır.
Quranın görkəmli təfsirçisi mərhum Təbərsi "Məcməül-bəyan” təfsirində bu ayədən bəhs edərkən qeyd etdiyimiz hədisi yazdıqdan sonra deyir: "Şiə və sünnilərin Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət etdiyi aşağıdakı hədis bu məsələyə aiddir: "Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah-taala həmin günü mənim nəslimdən saleh bir kişinin zühur
User Image sevdagazozcusu Posted: Dec 16, 2017 10:44 AM (UTC)
130
2 Rise
Ben bu gazozu babamın elinden aldım peki niye aldım bakışı 😊💁👼👯 #gazoz #gazozcu #Sevda #SevdaGazozcusu #SevdaGazozu #SevdaGazozları #vefa #fatih #istanbul #TURKİYE @carewhakan bu küçük güzel kıza sağlık li güzel bir ömür diliyoruz #reyyanalya
User Image esselamu_eleykum Posted: Dec 16, 2017 9:34 AM (UTC)

224
1 Normal
Birinci vəzifəmiz: Onları sevmək və onlara qarşı məhəbbət bəsləməkdir

Qurandakı sözü gedən mövzu ilə bağlı ayədən əlavə Peyğəmbər (s) buyurur: «Mən Əhli-beytin kimlər olduğunu göstərib onları sizə tanıtdırdım. Sizin birinci vəzifəniz onlara qarşı məhəbbət bəsləməkdir.» Deməli müsəlmanların birinci vəzifəsi Əhli-beytə qarşı sevgi göstərib, məhəbbət bəsləməkdir.
Bir gün bir neçə nəfər ənsar Mədinə də Peyğəmbərin (s) görüşünə gedərək deyirlər: Ya Rəsulalla, biz başa düşürük ki, sən bizə çox xidmətlər göstərmisən: biz azğın idik, sən bizi hidayət etdin, bütlərə ibadət edirdik, sən bizi tək olan Allaha səcdə etdirdin, haqqa tərəf hidayət etdin. Biz səndən öncə yoxsul idik, pis vəziyyətdə yaşayırdıq, sən bizə izzət və şərəf verdin. Maddi cəhətdən indi vəziyyətimiz çox əladır. Bunların hamısını bizlər üçün sən etmisən. İndi biz də öz növbəmizdə sənə xidmət etmək istəyirik. Bizim malımız, sərvətimiz, dəvələrimiz, qoyunlarımız, qızıllarımız, pullarımız sənin ixtiyarındadır. İstədiyin qədər xərcləyə bilərsən. Yazırlar ki, bu zaman bu ayə nazil oldu: «Ya Peyğəmbər! deki, risalətimin müqabilində sizdən heç bir təmənnam yoxdur. Sizdən istədiyim yalnız budur ki, mənim Əhli-beytimə qarşı məhəbbət göstərəsiniz.» («Şura» surəsi, 23-cü ayə)
Səhabələr arasında Quranşünaslardan və Quran təfsirçisi olan İbni Abbas Səid ibn Cubəyrin dilindən (Səid ibn Cubəyr Peyğəmbər (s) Əhli-beytinə müxalif olan insanlardandır) nəql edir: «Peyğəmbər (s) buyurur: «Məvəddəti fil qurba ali Mühəmməd». Peyğəmbərdən (s) qeyd edilən məsələ ilə bağlı istənilən qədər hədis vardır. Bu hədis «Səhih-Buxari» 4-cü cild, «Musnəd ibn Hənbəl» 1-ci cild, «Sunəni-Tirmizi»- nin 5-ci cildində qeyd olunmuşdur.
Bu hədis Səid ibn Cubəyrdəndir. Bu ayə nazil olduqda Səhabələr ayağa qalxaraq soruşdular: Ya Rəsuallah, kimlərdir sənin əhli-beytin, onlar kimlərdir ki, biz onlara məhəbbət bəsləməliyik və onların məhəbbəti bizə vacib olub? Peyğəmbər (s) buyurdu: «Əli, Fatimə və onların oğlanları.»
@esselamu_eleykum
#ALLLAH #DUA #NAMAZ #NİYYET #FƏRƏC #ZUHUR #İBADET #QEBUL #OLSUN #AMİN #İNŞALLAH #MEKKE #KARBALA #KƏRBƏLA #MƏŞHƏD #AZERBAYCAN #AZERBAİJAN #TURKİYE #İNSTAGRAM #AZE #AZERİ #EŞQ #SEVGİ #ESSELAMU_ELEYKUM #AZTAGRAM #İNSTA