Toggle navigation

#sevgİ9,492 POSTS

Post Content
User Image esselamu_eleykum Posted: Nov 19, 2017 7:41 AM (UTC)
218
0 Normal
" BİSMİLLƏHİR RAHMƏNİR RAHİM "
Əssəlamu ’ələykə ya vəliyyəllahi vəbnə vəliyyih. Əssəlamu ’ələykə ya huccətəllahi vəbnə huccətih. Əssəlamu ’ələykə ya imaməl-huda vəl-urvətəl-vusqa və rəhmətullahi və bərəkatuh. Əşhədu ənnəkə məzəytə ’əla ma məza ələyhi abaukət tahirunə sələvatullahi ələyhim. Ləm tu’sir əmən ’əla hudən və ləm təmil min həqqin ila batilin və ənnəkə nəsəhtə lillahi və lirəsulihi və əddəytəl-əmanəh. Fəcəzakəllahu ənil-islami və əhlihi xəyrəl-cəza. Ətəytukə biəbi və ummi zairən arifən bihəqqik. Muvaliyən liəvliyaikə muadiyən liə’daikə fəşfə’li ində Rəbbik. Əssəlamu ’ələykə ya məvlayə yəbnə Rəsulillahi və rəhmətullahi və bərəkatuh. Əşhədu ənnəkəl-imamul-hadi vəl-vəliyyul-murşid. Əbrəu iləllahi min ə’daikə və ətəqərrəbu iləllahi bivilayətik. Səlləllahu ’ələykə və rəhmətullahi və bərəkatuh.  "Salam olsun sənə, ey Allahın dostu və Allah dostunun oğlu!
Salam olsun sənə, ey Allahın höccəti və Allahın höccətinin oğlu!
Salam olsun sənə, ey hidayət imamı və ey Allahın möhkəm, sarsılmaz ipi! Allahın rəhmət və bərəkəti olsun sənə. Şəhadət verirəm ki, sən pak-müqəddəs ata-babalarının getdiyi yolla getmisən. Allahın salavatı olsun onlara. Zəlalət qaranlığına hidayət nuru saçmısan. Heç vaxt haqqdan batilə əyilməmisən.
Sən həqiqətən də, Allah və onun Rəsuluna xeyirxah idin və Allahın əmanətini yaxşı yerinə yetirmisən. Allah səni islam və müsəlmanlar tərəfindən xeyirli mükafatla mükafatlandırsın. Atam-anam sənə fəda olsun, mən sənin ziyarətinə, sənin imamət haqqına agah olaraq və dostlarını özümə dost və düşmənlərini özümə düşmən bilərək gəlmişəm. Mənə Allah dərgahında şəfaətçi ol.
Salam olsun sənə, ey mənim mövlam, ey Rəsulallahın oğlu! Allahın rəhmət və bərəkəti olsun sənə.
Şəhadət verirəm ki, həqiqətən də, sən hidayətçi imam və doğru yolu göstərən başçısan. Mən sənin düşmənlərindən Allaha sığınıram və sənin vilayətinə görə Allah dərgahına sığınıram. Allahın salavatı, rəhməti və bərəkəti olsun sənə". #ALLLAH #DUA #NAMAZ #NİYYET #FƏRƏC #ZUHUR #İBADET #QEBUL #OLSUN #AMİN #İNŞALLAH #HEREM #İMAMREZA #AZERBAYCAN #AZERBAİJAN #AZTAGRAM #İNSTAGRAM #AZE #AZERİ #EŞQ #SEVGİ #ESSELAMU_ELEYKUM #VETEN #KARBALA #KƏRBƏLA #MƏŞHƏD #MEKKE
User Image esselamu_eleykum Posted: Nov 19, 2017 7:05 AM (UTC)
152
0 Normal
İmam Rza (ə)-ın həyatına qısa bir baxış

Şiələrin səkkizinci İmamı Əli bin Musar-Rza hicri-qəmər tarixi ilə 148-ci ildə Mədinə şəhərində anadan olmuşdur. İmam Rza (ə) 35-yaşına qədər müqəddəs atasının yanında bəhrələnib və sonra 20-il müddətində şiələrə imamlıq və İslam təbliğ etmək öhtəsinə qoyulmuşdur.
İslam hökümətçiliyi o zaman abbası xəlifələrindən olan harun -əmin və məmunun öhdələrinə idi. Müsəlmanların imamdan himayətin görən məmun, qorxudan hicri-qəmər tarixi ilə 201-ci ildə Həzrət Mərv şəhərində dəvət edib və öz vəliəhdi təyin etdi. Amma iki il sonra 203-cü ildə Həzrət zəhərlə Tus şəhərində şəhadətə yetirdi və Sənabadda dəfn olundu, hal-hazirda şəhadət yeri Məşhəd adi ilə dünyada tanınılır...
İmam Rza (ə)-ın şərəfətli silsilətu-zəhəb hədisi:
İmam Rza (ə) Peyğəmbərdən o Həzrətdə Allah təbarək və Təaladan nəql edir.
Allah buyurmuşdur: La ilahə illa-Allah kəlməsi mənim qalamdır, hər kim mənim qalama daxil olar mənim əzabimdan amanda olacaqdır. Sonra İmam buyurur: Mən onun şərtiyəm.
İmam Rza (ə)-dan öz ziyarəti barəsində hədis.
İmam Əli ibn Musa-Rza (ə) buyurmuşdur:
Xorasanda bir yer var ki,kim zaman gələcək o yer Mələklərin get-gəl yeri olacaqdir...... Hər kim məni o yerdə ziyarət etsə, Həzrət Peyğəmbəri ziyarət etmiş kimidir. Allah Təala onun üçün min qəbul olmuş Həcc və Ümrə ziyarətinin savabını yazar. Mən və ata-babam qiyamət günündə ondan şəfaət edərik.
#ALLLAH #DUA #NAMAZ #NİYYET #FƏRƏC #ZUHUR #İBADET #QEBUL #OLSUN #AMİN #İNŞALLAH #MEKKE #KARBALA #KƏRBƏLA #AZERBAYCAN #TURKİYE #AZERBAİJAN #AZTAGRAM #İNSTAGRAM #AZE #AZERİ #EŞQ #SEVGİ #İMAMREZA
User Image azerbaycan__neftchi_1937 Posted: Nov 19, 2017 6:59 AM (UTC)
28
1 Normal
SABAHINIZ XEYİR ALLAHIN ƏZİZLƏRİ NECƏSİNİZ ? BU GÜN İSLAM ƏHLİBEYT DÜNYASININ EZİZİ QƏRİB İMAM RZA (Ə) AĞANIN ŞƏHADƏTI GÜNÜDÜ.. 😢😢😢😢
BAŞDA İMAM MEHDİ (Ə. F) AĞAMIZ OLMAĞLA İSLAM EHLİBEYT DUNYASİNA BAŞ SAĞLIĞI VERİREM..
ƏLLAHUMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM...
#ALLLAH #DUA #NAMAZ #NİYYET #FƏRƏC #ZUHUR #İBADET #QEBUL #OLSUN #AMİN #İNŞALLAH #MEKKE #KARBALA #KƏRBƏLA #AZERBAYCAN #TURKİYE #AZERBAİJAN #AZTAGRAM #İNSTAGRAM #AZE #AZERİ #EŞQ #SEVGİ #İMAMREZA
User Image ayse.golukcu Posted: Nov 19, 2017 5:26 AM (UTC)
ayse.golukcu
109
3 Normal
#SEVGİ ' nin dili yoktur,
Lakin fotoğrafı vardır.
#Sonbahar' ın son günlerinde uyumayıp, güzelliklere koşup,
sevgiyle çığır açalım #dostlar.
#AYŞEGÖLÜKCÜ
User Image esselamu_eleykum Posted: Nov 18, 2017 11:36 AM (UTC)
272
3 Normal
Imam Həsən (ə) doğumdan Peyğəmbərin(s) vəfatınadək

Bilindiyi kimi, məşhur rivayətlərə əsasən, İmam Həsən(əlyhissalam) hicrətin 3-cü ili ramazan ayının ortaları dünyaya göz açmışdır. Allahın Rəsulu(səlləlahu ələyhi və alihi və səlləm) dünyasını dəyişənə qədər(hicrətin 11-ci ili səfər ayının 28-i) İmam Həsən ağa 7-il altı ay, öz mübarək həyatını cəddinin kənarında keçirmişdir. Tarixə nəzər salanda bu məzlum İmamın ən xoş günlərini elə cəddi Peyğəmbərin həyatına təsadüf etdiyinin şahidi oluruq. Hətta bəzi rivayətləri oxuyanda Peyğəmbərin İmam Həsən və İmam Hüseyn (ələyhiməssəlam)-a olan məhəbbətinin qeyriadiliyi ilə seçildiyinin şahidi oluruq.
Əhli-sünnət Alimləri olan Tirmizi və Nisai, özlərinin səhih adlı kitablarında bir hədisi belə nəql edirlər: “Bir gün Peyğəmbər(s) minbərdə moizə edərkən Həsən və Hüseyn(ələyhiməssəlam)hər ikisi qirmizi paltar geyinmiş halda, yıxılıb, aşa-aşa(məscidə daxil olub)Peyğəmbərə tərəf gəlirdilər, bunu görən Peyğəmbər(s), söhbətini kəsərək, minbərdən düşüb, onları qucaqlayıb, qarşısında əyləşdirərək belə buyurdu: Allah düz buyurmuşdu ki: “Həqiqətən sizin malınız və evladlarınız sizin üçüm imtahan vəsilələridirlər”; Mən bu iki balanın yıxılıb, qalxdığını gördükdə, dözməyib, sözümü kəsib onları qucağıma götürdüm” (Səhih Tirmizi, cild 2, səh 306. Səhih Nisai, cild 1, səh 209)
Bərra ibn Azib belə nəql edir: “ Bir gün gördüm ki, Peyğəmbər(s) (İmam) Həsəni çiyninə aldığı halda belə buyurdu: İlahi mən bu balamı sevirəm, səndə onu sev” (Səhih buxari, kitabu bədul-xəlq, 2-ci cild, səh 307)
Zuhəyr ibn Əqmər deyir: Əli(ələyhissalam) şəhadətə yetişəndən sonra, İmam Həsən(ələyhissalam) çıxış edərkən, Əzd qəbiləsindən olan, hündür boylu, qarayanız biri qalxaraq belə söylədi: Bir gün Peyğəmbəri, İmam Həsən(ələyhissalam)-ı boynuna aldığı halda: “Hər kim məni sevirsə, bunuda sevməlidir. Eşidənlər bu sözləri eşidməyən hər bir kəsə çatdırsın”, buyurduğunun şahidi olmuşam. Əgər Peyğəmbərin bu haqda açıq əmri olmasaydı bunu sizə deməzdim.( Musnadi Əhməd ibn Hənbəl, cild 5, səh 366)
Aişədən nəql olan rivayətdə belə deyilir: Peyğəmbərin belə bir qaydası var idi ki, (İmam) Həsəni qucağına alıb sinəsinə basaraq belə buyurardı: “İlahi bu mənim balamdır,
User Image esselamu_eleykum Posted: Nov 18, 2017 10:45 AM (UTC)
366
3 Normal
" BİSMİLLƏHİR RAHMƏNİR RAHİM"
Allah Təala insanlara hər bir işini “Bismillah” ilə başlamalarını öyrətmək üçün həm Quranı və həm də surələri “Bismilləhir Rahmənir Rahim!” cümləsi ilə başlamışdır. 
Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir iş əgər Allahın adı ilə başlamazsa, həmin iş sona çatmaz”. (Tebyan)

Müqəddəs Quran kitabı İlahi sözlər toplumudur ki, 23 il ərzində vəhy mələyi Cəbrayil (ə) tərəfindən Peyğəmbərimizin (s) qəlbinə nazil olmuşdur. Peyğəmbərin (s) mübarək həyatı zamanı və Məsum İmamların (ə) zamanında Quran ayələrinin bəziləri bu dahi insanlar tərəfindən təfsir edilmişdir. Ancaq Quranın əksər ayələri İslami hədislərə əsasən alimlər tərəfindən təfsir edilmişdir. Bu müqəddəs “Bismillah” kəlməsini təfsirçilər ”Bağışlayan və Mehriban Allahın adı ilə” təfsir edirlər. “Bismilləhir-Rahmənir-Rahim!” kəlməsi Peyğəmbərə (s) 114 dəfə nazil olmuşdur. 113 surədə başlanğıc kimi işlənmişdir və “Tövbə” surəsində “Bismilləhir Rahmənir Rahim” başlanğıcda gəlməsə də, “Nəml” surəsində başlanğıcda gəlməklə yanaşı, ayələrin birində də bu mübarək cümlə işlənmişdir və Quran üzrə ümumi 114 edir. “Bismilləhir-Rahmənir-Rahim” “Həmd” surəsinin bir hissəsi hesab edilir. Əgər kimsə namaz vaxtı və ya namazdan qeyri halda “Həmd” surəsini demək istəsə və “Bismilləhir-Rahmənir-Rahim!” ayəsini deməsə, surəni naqis demiş olar. Çünki bu ayə “Fatihə” surəsinin bir hissəsini təşkil edir.

Bismilləhir-Rahmənir-Rahim!” cümləsi ilk dəfə olaraq Peyğəmbərə (s) “Ələq” surəsi nazil olan zaman nazil olmuşdur. Kuleyni İmam Sadiqdən (ə) nəql edir ki, bütün səma kitablarının başlanğıcı “Bismilləhir-Rahmənir-Rahim!” olmuşdur. “Bismilləh” müsəlmanlar üçün İslam dininin nişanəsi və şüarıdır. Onu yüksək səslə demək imanın nişanəsi hesab edilir. Peyğəmbəri-Əkrəm (s) Quranı tilavət edən zaman “Bismilləh” kəlməsini yüksək səslə deyərdi. Təfsirçilər bu fikirdədirlər ki, “Bismilləhir-Rahmənir-Rahim!” hər dəfə nazil olan zaman yeni bir məna gətirirdi. Surələrin məzmunu fərqləndiyi kimi “Bismilləhir-Rahmənir-Rahim!”in mənası da fərqlənir.

#ALLAH #İSLAM #DUA #NAMAZ #IBADET #AZERBAYCAN #AZERBAIJAN #AMİN #AZTAGRAM #QƏLB #İMAN #İNSTAGRAM #AZE #AZERİ #EŞQ #SEVGİ #ESSELAMU_ELEYKUM #İNŞALLAH
User Image esselamu_eleykum Posted: Nov 18, 2017 9:23 AM (UTC)
303
0 Normal
Peyğəmbər (s)-a ən sevimli kəslər Əhli-beyt (ə) Allahın ən sevimlisi olduğu kimi, peyğəmbərin də ən sevimlisdir. Çünki peyğəmbər yalnız Allahın sevdiklərini sevir. Peyğəmbərin təvəlla və təbərrası Allahın təvəlla və təbərrasıdır. Peyğəmbər Allaha görə dost bilir, Allaha görə düşmənçilik edir. Əhli-beytin (ə) Peyğəmbər (s) sevimlisi olması onların Allaha sevimli olmasının daha bir dəlilidir. 
Ümmü-Sələmədən nəql olunur ki, bir gün Peyğəmbər (s) əyləşmişdi, Fatimə (s.ə.) yemək gətirdi. Peyğəmbər (s) buyurdu: "Əli və onun iki oğlu haradadır?” Fatimə (s.ə.) dedi: "Evdə.” Peyğəmbər (s) buyurdu: "Onları mənim yanıma dəvət et.” Əli (ə), xanım Fatimə (s.ə.) Həsən və Hüseyn (ə) Peyğəmbərin (s) yanına gəldilər. Onları görən Peyğəmbər (s) yataqdakı əbasını götürüb onu Əli, Həsən, Hüseyn, Fatimə ilə birlikdə üstünə çəkdi. Həzrət dedi: "Pərvərdigara! Bunlar mənim əhli-beytim (ə), mənə ən sevimli olanlardır. Hər cür çirkinliyi onlardan uzaq et. Onları tam paka çıxar.” Bu vaxt ayə nazil oldu: "Həqiqətən, Allah siz Əhli-beytdən (ə) hər cür çirkinliyi uzaqlaşdırmaq, sizi layiqincə paklaşdırmaq istəyir.”
Əmirəl-möminin (ə) buyurur: "Bir dəstə adam Peyğəmbərin (s) yanına gəlib dedi: "Ey Allahın rəsulu! Sənə ən sevimli olan kimdir?” Peyğəmbər (s) buyurdu: "Bu iki övlad və onların anası. Onlar məndəndir, mən də onlardan. (Peyğəmbər iki barmağını bir-birinə yaxınlaşdırıb əlavə etdi:) Bunlar behiştdə mənimlə bu vəziyyətdədirlər.”
#ALLLAH #DUA #NAMAZ #NİYYET #FƏRƏC #ZUHUR #İBADET #QEBUL #OLSUN #AMİN #İNŞALLAH #MEKKE #KARBALA #KƏRBƏLA #AZERBAYCAN #TURKİYE #AZERBAİJAN #AZTAGRAM #İNSTAGRAM #AZE #AZERİ #EŞQ #SEVGİ #ESSELAMU_ELEYKUM #VETEN