Toggle navigation

#İnstagram21,417 POSTS

Post Content
User Image esselamu_eleykum Posted: Nov 19, 2017 11:57 AM (UTC)
216
3 Normal
İmam Rizaya (ə) xilafətin təklifi

İmam Riza əleyhissəlamın hərəkət etdiyi karvan şəvval ayında Mərv şəhərinə çatır. Şəhərdən neçə fərsəx19 kənarda Məmun Fəzl ibn Səhl və Bəni-Abbasdan olan digər nümayəndələr İmam əleyhissəlamın pişavazına çıxaraq böyük ehtiramla karvanı şəhərə daxil edirlər. Məmunun əmrinə əsasən, rifah və asayiş üçün lazım olan hər cür şərait İmam əleyhissəlamın ixtiyarına qoyulur. Yol yorğunluğunun çıxması məqsədilə bir neçə gün davam edən istirahətdən sonra İmam Riza (əleyhissəlam) ilə Məmun arasında müzakirələr başlayır və Məmun hakimiyyəti qəbul etməyi İmam Riza əleyhissəlama təklif edir. İmam Riza (əleyhissəlam) bu təklifdən ciddi şəkildə imtina edir. Fəzl ibn Səhl heyrətlə deyir: "Xəlifəlik məqamını o günkü kimi heç vaxt dəyərsiz və ləyaqətsiz görmədim. Məmun hakimiyyəti Əli ibn Musa ər-Riza əleyhissəlama təklif edir o isə hakimiyyəti qəbul etmirdi.” İmam Riza əleyhissəlamın imtina edəcəyini bəlkə də, qabaqcadan təxmin etmiş Məmun dedi: "İndi ki belədir onda vəliəhdliyi qəbul et!” İmam Riza (əleyhissəlam) buyurdu: "Məni bunda da üzürlü hesab et.” Məmun bu dəfə İmam əleyhissəlamı üzürlü hesab etməyib hirsli halda bu cümləni dedi: "Ömər ibn Xəttab vəfat edərkən altı nəfərdən ibarət şura təyin etdi. Şuranın üzvlərindən biri də, Əmirəl-möminin Əli (əleyhissəlam) idi. Ömər həm də vəsiyyət etmişdi ki kim müxalifətçilik edərsə boynu vurulsun... İndi sən də mənim təklifimi qəbul etməlisən! Çünki mən bundan başqa çarə görmürəm.”21 Məmun əslində bu sözlərlə İmam əleyhissəlamı hədələyirdi. Sonra daha açıq şəkildə İmam əleyhissəlamı təhdid edib dedi: "Sən həmişə mənim fikrimin əksinə hərəkət edir və özünü mənim qüdrətimdən amanda görürsən. And olsun Allaha ki əgər vəliəhdlikdən imtina etsən səni güclə onu qəbul etməyə məcbur edəcəyəm. Əgər onda da qəbul etməsən səni öldürəcəyəm.” İmam Riza (əleyhissəlam) məcbur olub Məmunun təklifini qəbul edərək buyurur: "Mən vəliəhdliyi bu şərtlə qəbul edərəm ki ölkə işlərində bir dənə də olsun, hökm verməyim və hakimiyyət orqanlarında da hakim təyin edib çıxartmaq hökm və fətva vermək kimi işlərə qarışmayım.” #ALLAH #İSLAM #DUA #NAMAZ #IBADET #AZERBAYCAN #AZERBAIJAN #AMİN #AZTAGRAM #QƏLB #İMAN #İNSTAGRAM #AZE
User Image tactical_zebra Posted: Nov 19, 2017 11:55 AM (UTC)
35
0 Normal
Özel tasarımı ile iki adet 9 mm tabanca şarjörlüğü ve boş şarjörleri toplayabileceğiniz geniş cep. Zebra Taktik Pantalon ALP #TacticalZebra #İssf #Tactical #i̇nstagram #Shooter #polis #asker #pöh #jöh #özelharekat #özelkuvvetler #izmir #ankara #istanbul #instagood #gun #pistol #rifle #taktik #tabanca #pantalon #Türk
User Image tactical_zebra Posted: Nov 19, 2017 11:54 AM (UTC)
31
1 Normal
Özel tasarımı ile iki adet 9 mm tabanca şarjörlüğü ve boş şarjörleri toplayabileceğiniz geniş cep. Zebra Taktik Pantalon ALP #TacticalZebra #İssf #Tactical #i̇nstagram #Shooter #polis #asker #pöh #jöh #özelharekat #özelkuvvetler #izmir #ankara #istanbul #instagood #gun #pistol #rifle #taktik #tabanca #pantalon #Türk
User Image kadir_akyar Posted: Nov 19, 2017 10:17 AM (UTC)
122
2 Normal
Anlamadan Yaşanıyor da Yaşamadan Anlaşılmıyor. #İnstagram

Hashtags found on this page