Toggle navigation

#İnstafoto374 POSTS

Post Content
User Image sendealcom Posted: Jan 5, 2018 9:04 AM (UTC)

16
0 Normal
🚚KAPIDA ÖDEME & KARGO BEDAVA🚚 🖨🖨🖨Adınıza Fatura'lı🖨🖨🖨
%💯Müşteri memnuniyeti👏
5 Gün İçinde Koşulsuz Şartsız İade Garantili®
☎️ Sipariş Hattı :📱0212 446 76 60📱

#Honda # Civic #modifiye #OtoAksesuar #Tuning #EnUcuz #EnUygun #Fiyat #Car #Auto #Kalite #Moda #Tasarım #İnstaFoto
User Image murat_aydinalp_4721 Posted: Jan 5, 2018 8:25 AM (UTC)

95
0 Normal
İlahi sanatçı Abdurrahman Önül Mardinde İlahi Konser verdiği günden kalan Güzel bir Fotoğraf Hayırlı Cumalar 🙇‍♂️🕋🕌🇹🇷❤
@abdurrahman_onul
#HayırlıCumalar #İnstafoto #İslam #Müslüman #TÜRKİYE #Cuma #Cami #İlahi #Sanatçı #2017 #Repost #Mardin #cumanızmübarekolsun #2018
#Fenerbahçe #abdurrahmanönül
User Image esselamu_eleykum Posted: Dec 17, 2017 8:02 AM (UTC)

383
4 Normal
Namaz qılmaq Allaha təşəkkür etməkdir Biz insanlar həmişə hansısa bir şəxsin bizə etdiyi yaxşılığın müqabilində ona təşəkkür edir və hər bir vasitə ilə onun əvəzini qaytarmağa çalışırırıq. Əks təqdirdə, tərəf müqabilinə hörmətsizlik etdiyimizi düşünürük. Mütəal Allah hər an bizə yaxşılıq edir, hamıya saysız nemətlər təqdim edir, bizi kamala doğru aparır, dünya və axirət səadətimizi təmin edir. Belə olan halda biz Yaradanımızın etdiyi bu yaxşılıqlar qarşısında təzim edib, ona təşəkkür etməməliyikmi?
Allah Qurani-kərimdə buyurur: مَّا يَفْعَلُ اللّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَآمَنتُمْ وَكَانَ اللّهُ شَاكِرًا عَلِيمًا
"Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!” ("Nisa”, 147.)
Şükr etmək neməti artırdığı kimi, nankorluğun aqibəti isə əzabla nəticələnir. Allah buyurur: وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لأَزِيدَنَّكُمْ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ
"(Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: "Əgər (Mənə) şükür etsəniz, sizə (olan ne’mətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki,) Mənim əzabım, həqiqətən şiddətlidir!”("İbrahim”, 7.)
Şükür etməyin xeyri Allaha yox, əksinə insanların özünə qayıdır. Bu haqda Allah Qurani-kərimdə Süleyman peyğəmbərin (ə) dilindən belə nəql edir: قَالَ الَّذِي عِندَهُ عِلْمٌ مِّنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِندَهُ قَالَ هَذَا مِن فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ
"(Süleyman taxtın daha tez gətirilməsini istədi) Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: "Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!" (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: "Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun ne’mətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin ne’mətinə) şükür etsə, yalnız özü üçün
User Image esselamu_eleykum Posted: Dec 17, 2017 7:26 AM (UTC)

367
6 Normal
Namaz məada inancın nişanəsidir Məad - insanın ölümdən sonra dirilməsinə olan inancdır. Bu haqda Qurani-kərimdə oxuyururq:
فَانظُرْ إِلَى آثَارِ رَحْمَتِ اللَّهِ كَيْفَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا إِنَّ ذَلِكَ لَمُحْيِي الْمَوْتَى وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
(Ya Rəsulum!) Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O (Allah) hər şeyə qadirdir!("Rum”,50.)
Bu məsələyə şübhə ilə yanaşanlar üçün Allah-taala Qurani-kərimdə gözəl bir misal çəkir:
وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ ” قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ
"Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə bir məsəl də çəkdi.
(Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!”("Yasin”, 78-79.)
Bütün bunlara etiqad bəsləyən şəxslər bu dünyada ömrlərini səmərəli istifadə etməklə Allahın dini göstərişlərinə əməl etməlidirlər. Əks təqdirdə dünyadan köçdükdən sonra qarşılaşdıqları peşmançılığın bir faydası olmayacaqdır. Quran belə şəxslər haqqında buyurur:
حَتَّى إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَى يَوْمِ يُبْعَثُونَ
"Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!
Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır.”("Möminin”, 99-100.)
İslam Peyğəmbəri Allahın göstərişlərinə əməl etməməyi böyük təhlükə hesab edir. Bu haqda tarixdə oxuyuruq:
"Besətin (həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi zaman) ilk illəri idi. İslam Peyğəmbəri (s) "Səfa” dağına çıxıb fəryad çəkərək təhlükə hiss
User Image esselamu_eleykum Posted: Dec 16, 2017 4:24 PM (UTC)

269
4 Normal
İlahi rəhmətə səbəb olan əməllər

Allah Təbarəkə və Təala, bəndələrinin günahlarını etiraf etməsini çox sevir. Bu etiraf əslində Allaha heç bir mənfəət gətirməz. Bəndə istər günahını etiraf etsin və istərsə də etməsin - İlahi mülkünə nə bir şey əlavə edilər və nə də azalar. Allah ona görə bəndənin etirafını sevir ki, bəndəsi öz zillətinə, xarlıq və günahına agah olub, Allahın əfvini hiss edər.
Həqiqətdə isə insan öz səhvini və xatasını etiraf edərək, İlahi əfvin ləzzətini hiss edir. İnsan özünün həqir bir məxluq olduğunu hiss etməyincə, İlahi əfvin ləzzətini hiss edə bilməz. İnsan öz günahlarına nə qədər çox diqqət edərsə, Allahın əfvi daha ləzzətli olar.

Duaların bəzilərində elə cümlələr bəyan edilir ki, İlahi rəhməti cuşa gətirir. İnsan elə bir hal əldə edir ki, İlahi rəhmətə layiq olur.
Məsələn, bu duaların birində deyilir: "Allahım, bu qədər lütf göstərdiyin bir bəndəni necə cəzalandıracaqsan? Onu yaratdığın ilk gündən və hətta xəlq etməmişdən qabaq yaşaması üçün lazım olan vəsaitləri hazırlanmışdın. Onu müxtəlif nemətlərlə yetişdirdin, günah işlətməsinə baxmayaraq, onu əfv etdin. Onu tövbəyə və istiğfara dəvət etdin ki, Sənin lütf və rəhmətinə ümidvar olsun. Dəvət etdin və qəlbində Öz məhəbbətini qərar verdin. O yerə qədər ki, Sənin ibadətgahına tərəf tələsər və Sənin rəhmətinə nəzər salar, Sənin qorxundan ağlayar”. Bu dualar həqiqətdə insan qəlbini Allaha diqqətə cəlb edər. İnsanda İlahi rəhməti dərk etmək istedadı yaradar. Başqa sözlə desək, Allahın rəhmətini cuşa gətirər. Ona görə yaxşı olar ki, insan fürsəti olan kimi günahlarını yadına salsın və İlahi lütfə diqqət etsin. Yadınıza salın ki, kiçik yaşlarından indiyə qədər nə qədər günah işlətmisiniz.
Allahın istəyi ilə nə qədər müxalifətlik etdiyinizi yadınıza salın. Elə günahlar ki, ona görə illərlə cəzalandırıla bilərdiniz. Ancaq Allah onların hamısını görməməzliyə vurdu və hətta Öz rəhmətini sizə şamil etdi.
İnsan öz günahlarını etiraf edərək, nə qədər çarəsiz olduğunu dərk edir. Allahın qarşısında baş əyir və daha çox İlahi fəzilətə nail olur. "Ərəfə” duasında oxuyuruq: "Allahım, mən çarəsizliyimi və zəifliyimizi etiraf edərək dərgahına təvəssül edirəm”.
Bəli, o şey ki, bizimlə Allah arasında
User Image esselamu_eleykum Posted: Dec 16, 2017 11:47 AM (UTC)

266
4 Normal
İmam Səccad əleyhissəlamın dövrün zülm və fəsadlarına qarşı mübarizə üsulları

1. Aşura xatirəsini əbədi saxlamaq
İmam Hüseyn əleyhissəlamın və onun sadiq dostlarının şəhadəti ümumi fikirlərdə Bəni-Üməyyəyə baha başa gəldiyindən və bu işin şəriliyini sual altına aldığından bu faciəni əbədi yaşatmaq üçün İmam Səccad (əleyhissəlam) öz mənfi mübarizəsini şəhidlərə ağlamaqla davam etdirirdi. Şübhə yoxdur ki bu yandırıcı göz yaşlarının və ürəkyandıran ağlamaqların bir məhəbbət kökü vardır. Çünki Kərbəla faciəsinin müsibəti o qədər böyük və ürəkağrıdan idi ki o faciəni öz gözləri ilə görən şəxslər nə qədər ki, sağ idilər onu yaddan çıxarmazdılar. Ancaq şübhəsiz ki İmam Səccad əleyhissəlamın bu hadisəyə münasibətinin bir siyasi təsir və nəticəsi var idi. Aşura hadisəsinin tez-tez təkrarlanması Əməvi hökumətinin zülmlərini yaddan çıxmağa qoymurdu. İmam Səccad (əleyhissəlam) su içmək istəyərkən gözü suya sataşdıqda, gözlərindən yaş süzülməyə başlayırdı. Bunun səbəbini soruşanda, buyurardı: "(Yezidin adamları) suyu vəhşi və yırtıcı heyvanlar üçün azad qoyub atamın üzünə bağladıqları (və onu susuz qoyduqları) bir halda, mən necə ağlamayım?” İmam Səccad (əleyhissəlam) buyurardı: "Fatimənin (əleyhassəlam) balalarının ölümü yadıma düşərkən qəhər məni boğur.”
Bir gün İmam Səccad əleyhissəlamın xadimi deyir: "Sizin qəm-qüssəniz qurtarmaq bilmir?” İmam Səccad (əleyhissəlam) buyurdu: "Vay olsun sənə! On iki oğlundan biri itmiş Yəqub Peyğəmbər öz oğlunun ayrılığına o qədər ağladı ki gözləri kor oldu qəm-qüssənin çoxluğundan beli büküldü. Halbuki, oğlu sağ idi. (Onu tapacağından hələ tam ümidini kəsməmişdi.) Ancaq mən bədənləri bir-birinin yanında yerə düşmüş atamın qardaşımın əmimin və on yeddi nəfər qohum-əqrəbamın öldürülməsini öz gözlərimlə gördüm. Bu halda heç mənim qəm-qüssəm qurtararmı?”
Misirin adlı-sanlı adamlarından biri olan Səhl ibn Şüeyb deyir: "Bir gün İmam Səccad əleyhissəlamın hüzuruna gedib dedim: "Kefiniz necədir?” Buyurdu: "Mən bilməzdim ki Misirdən olan sizin kimi böyük bir şəxs mənim halımın necəliyini bilməsin? İndi ki bizim halımızı bilmirsən sənin üçün izah edərəm. Bizim öz tayfamız arasında vəziyyətimiz Bəni-İsrailin oğullarını öldürüb qızlarını diri
User Image esselamu_eleykum Posted: Dec 16, 2017 10:45 AM (UTC)

347
4 Normal
Quranda Məhdi (ə) hökumətinin siması

Qurani-Kərim Həzrət Məhdi əleyhissəlamın zühur və qiyamı barədə (bir çox başqa sahələrdə olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yəni Quran ümumdünya ədalətli hökumət qurulacağından əməlisaleh insanların yer üzündəki kamil və son qələbəsindən söhbət etmişdir. Bu ayələri İslam təfsirçiləri hədislərə istinad edərək Həzrət Məhdi əleyhissəlama onun qiyamı və zühuruna aid etmişlər. Alimlərin bu məsələyə aid etdikləri ayələrdən və bu məsələ haqqında daha aşkar söhbət açmış ayələrdən üçünü oxucuların nəzərinə çatdırırıq.
1) "Biz kitabdan Tövratdan yaxud lövhi-məhfuzdan sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq.” Bu ayəni izah edərkən qeyd etmək lazımdır ki ayədə gəlmiş "zikr” (kitab) sözü əslində "nəyisə xatırlamaq” mənasınadır ancaq bu ayədə Həzrət Musa əleyhissəlama Allah tərəfindən göndərilmiş kitab – Tövrat nəzərdə tutulmuşdur. Buna sübut isə onun Zəburdan qabaq qeyd olunmasıdır. Başqa bir təfsirə əsasən, ayədəki "zikr” (kitab) sözü Qurana işarədir. Çünki Quranın özündə bir neçə yerdə Quran "zikr” adı ilə qeyd olunmuşdur. Məsələn, "Təkvir” surəsinin iyirmi yeddinci ayəsində deyilir: "O Quran aləmlər bütün insanlar və cinlər üçün ancaq bir zikrdir öyüd-nəsihətdir.” Belə olduqda isə ayənin mənası "Biz kitabdan Tövratdan sonra Zəburda da...” yox "Biz kitabdan Qurandan əlavə Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq” olur.
Mərhum Şeyx Müfid ("Əl-İrşad” kitabında) Həzrət Məhdi əleyhissəlama ixtisas verdiyi fəslin başlanğıcında bu ayəyə və bundan sonra qeyd edəcəyimiz ayəyə istinad etmişdir. Bu ayənin təfsiri barədə İmam Baqir əleyhissəlamdan rəvayət olunmuşdur ki ayədə deyilmiş "saleh bəndələr”dən məqsəd Həzrət Məhdi əleyhissəlamın dünyanın axırında olacaq tərəfdarlarıdır.
Quranın görkəmli təfsirçisi mərhum Təbərsi "Məcməül-bəyan” təfsirində bu ayədən bəhs edərkən qeyd etdiyimiz hədisi yazdıqdan sonra deyir: "Şiə və sünnilərin Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət etdiyi aşağıdakı hədis bu məsələyə aiddir: "Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah-taala həmin günü mənim nəslimdən saleh bir kişinin zühur
User Image esselamu_eleykum Posted: Dec 16, 2017 7:03 AM (UTC)

311
3 Normal
Əhli-beytin elmi Peyğəmbər (s.ə)-in mirasıdır

Mütəvatir rəvayətlərə əsasən Peyğəmbər (s.ə), Quran və Əhli-beyt (ə)-dan uzaq düşməməyi və onlara itaət etməyi bizə əmr etmişdir. Və İslam Peyğəmbəri (s) hidayət yolunu məhz Quran ilə Əhli-beyt (ə)-in əmrlərinə tabe olmaqda görmüşdür. Peyğəmbər (s.ə)-in Əhli-beyti (ə) məsum insanlar olaraq, onların hər bir sözü, əməli və təqriri31 biz müsəlmanlar üçün möhkəm bir dəlil, etimad və nümunədir. Elə bu səbəbdən də Quran və Peyğəmbər (s.ə)-in sünnəsindən sonra Əhli-beyt (ə)-ın (imamların) buyurduğu, əməli və təqriri fiqhin ən etimadlı mənbələrindən biri hesab edilir.
Əhli-beyt imamların (ə), ən mötəbər və çoxlu sayda olan rəvayətlərə əsasən; "Biz hər nə söyləyiriksə, atalarımızın vasitəsilə Peyğəmbər (s.ə)-dən söyləyirik!”−deyə buyururlar. Deməli onların rəvayət və hədisləri əslində Peyğəmbər (s.ə)-in buyurduğu kəlamlardır. Və "siqə” (etimadlı və doğru danışan) şəxsin Peyğəmbər (s.ə)-dən rəvayət etdiyi hədislərin bütün İslam alimləri tərəfindən qəbul edildiyini də bilirik.
İmam Muhəmməd ibn Əli Baqir (ə) Cabir adlı səhabəsinə belə buyurur: "Ey Cabir! Əgər biz öz nəfsimizin istəklərinə uyaraq və öz şəxsi rəyimizə əsasən sizə bir hədis söyləsək, həqiqətdə həlak olmuş (azğın) insanlardan olarıq. Amma sizə söylədiyimiz bütün hədislər Həzrət Peyğəmbər (s.ə)-in seçilmiş kəlamlarıdır! ("Cameu-əhadisiş-şiə”, c. 1, s. 18, hədis 116)
İmam Cəfər ibn Muhəmməd Sadiq (ə)-ın hədislərinin birində oxuyuruq: "Bir nəfər İmam (ə)-dan sual etdi. Həzrət Sadiq (ə) ona cavab verdi. Sual edən şəxs imamın nəzərini əvəz etmək üçün onunla mübahisəyə görişdi. İmam (ə) buyurdu: "Bu sözləri kənara qoy! Soruşduğun şeyin (sualın) barəsində sənə verdiyim hər bir cavab Peyğəmbər (s.ə)-in buyurduqlarındandır. (Mübahisəyə yer yoxdur!”)” ("Üsuli-kafi”, c. 1, s. 58, h 121)
Diqqət: Biz müsəlmanların "Kafi”, "Təhzib”, "İstibsar” və "Mən la yəhzəruhul-fəqih” və s. bu kimi etibarlı hədis mənbələrimiz, kitablarımız vardır. Lakin bu kitabların etibarlı mənbə sayılması, onlarda yazılmış bütün hədislərin sorğu-sualsız qəbul edilməsi demək deyildir. Biz rəvayət-hədis kitablarından əlavə "Rical” kitablarına da sahibik. Rical kitablarında, hədisin sənəd silsiləsi boyu
User Image esselamu_eleykum Posted: Dec 15, 2017 4:11 PM (UTC)

238
2 Normal
Allaha and içmək ayə və hədislər işığında

Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq barəsindəki andlarınıza Allahı (Allahın adını) hədəf (dəstavüz) etməyin! Allah eşidən və biləndir! (Bəqərə surəsi,ayə 224) -
İmam Hüseyn (ə.s) buyurur: Çox and içməkdən çəkin. Çünki insan dörd səbəbə and içir: 1. Özündə kiçiklik və nöqsan hiss etdiyi üçün çalışır ki,and içməklə xalq onun sözünü təsdiq etsin. 2. Sözünü sübut etməkdə acizdir və öz məqsədinə çatmağa görə and içir.
3. Xalqın töhməti,ittihamı qarşısındadır.Belə fikirləşir ki,and içməsə onun sözünü qəbul etməyəcəklər.4. Boş yerə and içməyə adət edib. (Əl-Hüseyn,səh 164) -
İmam Sadiq (ə.s): Allaha, doğru da olsa, yalan da olsa and içməyin. Çünki Allah-taala buyurmuşdur: «Allahı öz andlarınıza vasitə etməyin. (əl-Kafi,cild 7, səh.434) -
Allah Təala buyurur: Mən öz rəhmətimi yalandan and içən şəxsə şamil etmərəm. (Səvabul-Əmal,səh 261)
-
Allahın Peyğəmbəri (s.a.v.v) buyurur: Yalandan and içməkdən çəkinin.Çünki bu iş evləri sakinsiz qoyar.
(Səvabul-Əmal, səh.270, hədis 3)
-
İmam Sadiq (ə.s): Məcburən yalandan and içmək özündən sonra qalan övladlara yoxsulluq gətirər. (Biharul-Ənvar, cild 104, səh.209, hədis 19)
-
İmam Əli (ə.s) buyurur: Zalıma and içdirmək istəyən vaxt ona «Mən Allahın qüvvət və qüdrətindən uzaq olum!» dedizdirərək and içirdin.Çünki əgər yalandan buna and içmiş olsa çox tez zamanda cəzasına çatar. Ancaq «And olsun Allaha Ondan başqa Allah yoxdur» desə Allah cəza verməyə tələsməz.Çünki Allah Təalanı vahidliyi ilə mədh edibdir.(Nəhcül Bəlağə,hikmət 253)
@esselamu_eleykum
#ALLLAH #DUA #NAMAZ #NİYYET #FƏRƏC #ZUHUR #İBADET #QEBUL #OLSUN #AMİN #İNŞALLAH #MEKKE #KARBALA #KƏRBƏLA #MƏŞHƏD #AZERBAYCAN #AZERBAİJAN #TURKİYE #İNSTAGRAM #AZE #AZERİ #EŞQ #SEVGİ #ESSELAMU_ELEYKUM #AZTAGRAM #İNSTAFOTO #QURAN #MUSLUMAN #VEHDET
User Image esselamu_eleykum Posted: Dec 15, 2017 2:43 PM (UTC)

476
4 Normal
Peyğəmbirimizin (s.ə.s) namaz haqqında hədisləri

1. Namaz dinin bünövrəsidir.
2. Ürəklə qılınmayan namaz Allah yanında qəbul olmur.
3. Əgər namaz adamları mərdimazardan və pislikdən çəkindirə bilmirsə, onda həmin adamların Allahdan uzaqlaşmaqdan başqa yolu yoxdur.
4. Şübhəsiz ki, üç dua müstəhəb (qəbul) olur: məzlumun , müsafirin və atanın övladı barədə.
5. Xəlvətdəki bir dua , aşkardakı yetmiş duaya bərabərdir.
6. Əzanla (namaza çagirişla) iqamə arasındaki oxunan dua rədd olmur, qəbul olur.
7. Dua möminin silahıdır.
8. Misvakla dişləri təmizləyib iki rükət namaz qılmaq dişləri təmizləmədən yetmiş rükət namaz qılmaqdan üstündür.
9. Allahdan xəbəri olanın iki rükət namazı Allahdan xəbərsiz min rükət namazdan üstündür.
10. Behiştin açarı namazdır. Namazın açarı isə dəstəmaz.
11. Namazi ayaq üstə qılın, imkan olmadıqda oturmuş halda , o da mümkün olmasa, bir böyrü üstə.
12. Hər mömində bu üç şey: zəhmətlə dəstəmaz almaq, qaranlıqda məscidə getmək və acları yedirtmək olarsa, Allah ona öz kölgəsindən baçqa, Ərşin kölgəsi altında da sığınacaq verər.
Allah hər insanı haqq, düzgünlük yoluna çəksin. 
@esselamu_eleykum
#ALLLAH #DUA #NAMAZ #NİYYET #FƏRƏC #ZUHUR #İBADET #QEBUL #OLSUN #AMİN #İNŞALLAH #MEKKE #KARBALA #KƏRBƏLA #MƏŞHƏD #AZERBAYCAN #AZERBAİJAN #TURKİYE #İNSTAGRAM #AZE #AZERİ #EŞQ #SEVGİ #ESSELAMU_ELEYKUM #AZTAGRAM #İNSTAFOTO #QURAN #MUSLUMAN #VEHDET
User Image esselamu_eleykum Posted: Dec 15, 2017 11:45 AM (UTC)

278
2 Normal
İlahi ərşi həml edən mələklər möminlər üçün belə dua edirlər

#DİN

Əgər Quran ayələrinə nəzər salsaq, Allahın mələklərinin iman əhli üçün etdiyi dualara rast gələ bilərik. Bu mələklər - İlahi ərşi həml edən böyük mələklərdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, onlar həqiqi möminlərə nicat müjdəsini verərlər.
"(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı, Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: "Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!". Ey Rəbbimiz! Onları özlərinə və əməlisaleh ata, zövcə və övladlarına vəd etdiyin əbədi Cənnətlərə daxil et. Çünki yenilməz qüdrət və hikmət sahibi Sənsən! Və onları (axirətdə) günahların cəzasından (və ya günahların o aləmdəki təzahüründən) qoru. Həmin gün Sən kimi günahların cəzasından qorusan, doğrudan da ona rəhmətini şamil etmisən. Bu, həmin o böyük uğur və qurtuluşdur". ("Ğafir" 7-9). Bu ayələr əslində həqiqi möminləri xəbərdar edir ki, onlar tək deyildirlər. Allahın bütün rəhmət mələkləri, o cümlədən: ərşi həml edənlər, ən yaxın və ən böyük mələkləri möminlər üçün xeyir duası edər və onların dualarına qoşularlar.
Bu ayələrdə mələklərin 4 xeyir duasının şahidi oluruq.
1. Möminlər üçün istiğfar edərlər.

2. Allah Təalaya deyərlər ki, tövbə edənləri tövbəsini qəbul et və onları cəhənnəm əzabından qoru.

3. Onları vədə verdiyin behiştdə yerləşdir.

4. Onları pisliklərdən və günahlardan qoru.

Allahım, bu duaları bizlərə də şamil et!
@esselamu_eleykum
#ALLLAH #DUA #NAMAZ #NİYYET #FƏRƏC #ZUHUR #İBADET #QEBUL #OLSUN #AMİN #İNŞALLAH #MEKKE #KARBALA #KƏRBƏLA #MƏŞHƏD #AZERBAYCAN #AZERBAİJAN #TURKİYE #İNSTAGRAM #AZE #AZERİ #EŞQ #SEVGİ #ESSELAMU_ELEYKUM #AZTAGRAM #İNSTAFOTO #QURAN #MUSLUMAN #VEHDET