6,496 Posts

qurandaki_din İSLAMDA REİNKARNASİYA İNANCI YOXDUR

Reinkarnasiya bir insanın öldükdən sonra başqa bədənlə dünyaya təkrar gəlməsi kimi izah olunan yanlış inancdır. Reinkarnasiyada axirət inancı yoxdur. Bunun yerinə daima ölüb yenidən dünya həyatında eyni ruhla, lakin yeni bir bədənlə dirilmək inancı var. Quranda reinkarnasiyanın varlığına dair heç bir ayə yoxdur. Əksini iddia edənlər isə öz düşüncələrinə dəlil tapmaq üçün yanlış yol seçiblər.
Quranda ölüm və dirilişin bir dəfə olduğu bildirilir. Hər kəs dünyada yalnız bir dəfə həyat yaşayır. Bu həyatdan sonra ölür və təkrar dirildilib sonsuza qədər Cənnət və ya Cəhənnəmə düşür. Yəni insanın bir dünya həyatı, bir də sonsuza qədər yaşadığı axirət həyatı var. İnsanların öldükdən sonra dünya həyatına geri dönməyəcəyi Quranda açıq-aydın bildirilir:

Məhv etdiyimiz obalara qadağa qoyulmuşdur və onların (əhalisi) (bir daha bu dünyaya) qayıtmayacaqlar. (Ənbiya surəsi, 95)

Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri edəm”. Xeyr! Onun bu dedikləri ancaq bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır. (Muminun surəsi, 99-100)

Reinkarnasiya inancının olmadığına dair Quranda daha bir çox ayə var. Həmin ayələr diqqətli oxunduqda reinkarnasiyanın nə qədər əsassız olduğunu görmək olar. #QurandakiDin #Islamdakidin #reankarsiyon #yaradilis #islamvkorane #islamvmuslim #islambaku #bakuvislam #xurafat #hurafe #aztagram #instagram #onstadaily #instagood #instabaku #instaaze #followlike #instafollow #melike #muslim #islamworld #islamvexurafat #hedis #hadis #miracle #muslims
2d

» LOG IN to write comment.

» LOG IN to write comment.